RU

Danimarka tələbə vizası qaydalarını sərtləşdirir

Danimarka hökuməti, son dövrlərdə artan miqrasiya axınını və təhsil sistemində yaranan sui-istifadə hallarını nəzərə alaraq, qeyri-Avropa Birliyi (AB) və Avropa İqtisadi Zonası (EAA) ölkələrindən gələn beynəlxalq tələbələr üçün viza və iş icazəsi qaydalarında ciddi dəyişikliklərə start verib. Yeni qaydalar çərçivəsində tələbələrin təhsil müddətində işləmək hüquqları məhdudlaşdırılır, eləcə də onların ailə üzvlərinin Danimarkaya köçüb birlikdə yaşamaq imkanlarına əlavə məhdudiyyətlər qoyulur.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, bəzi hallarda tələbə vizası vasitəsilə ölkəyə daxil olub təhsil almaq adı altında faktiki olaraq uzunmüddətli əmək fəaliyyəti həyata keçirilir. Rəsmilər bu cür halların qarşısını almaq və Danimarka təhsil sisteminə daha ciddi yanaşmanı təmin etmək üçün nəzarət mexanizmlərini sərtləşdirir.

Hazırkı islahatlar, xüsusilə Asiya və Afrika ölkələrindən gələn tələbələrin təcrübəsinə təsir edə bilər. Bu dəyişikliklərin məqsədi təhsil məqsədli miqrasiyanı daha şəffaf və məqsədinəuyğun hala gətirməkdir. Lakin tənqidçilər bildirirlər ki, yeni məhdudiyyətlər həqiqətən təhsil almaq istəyən gənclərin yolunu kəsə və Danimarkanın beynəlxalq tələbələr üçün cəlbediciliyini azalda bilər.

Избранный
31
azedu.az

1Источники