RU

ICESCO-nun Baş direktoruna "Dostluq" ordeni təqdim edilib - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 15-də ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikə "Dostluq" ordenini təqdim edib. 

Bakıvaxtı.az xəbər verir ki, mükafat qonağa Şuşada dövlət başçısının qəbulunda olarkən verilib.

Prezident Səlim bin Məhəmməd əl-Maliki bu münasibətlə təbrik edib. 

***

15:07

 ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl‑Malik "Dostluq" ordeni ilə təltif edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, "Dostluq" ordeni ona Azərbaycan Respublikası ilə ICESCO arasında uğurlu əməkdaşlıq əlaqələrinin inkişafındakı xidmətlərinə görə verilir.

Избранный
32
4
bakivaxti.az

10Источники