RU

Göydən iki damcı yağış düşən kimi gölməçə və tıxac mənzərəsi... Xırdalanda yollar gölə çevrildi

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ölkəmizdə hökm sürən qeyri-sabit hava şəraiti yenidən çətinliklər yaradıb. Son günlər yağan güclü yağış nəticəsində Xırdalan şəhərinin bir sıra küçə və prospektlərində yolları su basıb.

Yağıntıdan sonra küçələrdə yaranan gölməçələr həm nəqliyyatın hərəkətinə, həm də piyadaların gediş-gəlişinə ciddi maneə törədib. Avtomobillər suyun içində çətinliklə hərəkət edir, bəzi yollarda isə nəqliyyat tam dayanıb.

Maraqlıdır ki, payız-qış mövsümü hər il təkrarlanan bu mənzərəni bir daha ortaya qoyur: şəhərdə yağış suları üçün kanalizasiya xətlərinin kifayət qədər olmaması və mövcud sistemin öhdəsindən gələ bilməməsi. Sakinlərin sözlərinə görə, “göydən iki damcı yağış düşən kimi” küçələr gölə çevrilir, vəziyyət isə illərlə dəyişməz qalır.

Mütəxəssislər bildirirlər ki, problemin əsas səbəbi suötürücü infrastrukturun köhnə olması və genişlənən şəhərə uyğunlaşdırılmamasıdır. Bu da ən kiçik yağıntıda belə ciddi fəsadlar doğurur.

Hazırda Xırdalanın bir çox küçəsində vəziyyət nəzarətə götürülüb, aidiyyəti qurumların əməkdaşları suyun çəkilməsi və yolun açılması üçün tədbirlər görürlər. Lakin vətəndaşlar hesab edir ki, bu yalnız müvəqqəti həll yoludur və məsələ köklü şəkildə aradan qaldırılmasa, növbəti yağışlarda eyni problemlər yaşanacaq.

Leyla Mirzə, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
11
bizimyol.info

1Источники