RU

ABŞ hərbçiləri Rusiya və Belarusun birgə hərbi təlimlərini müşahidə etdi... GÖZLƏNİLMƏZ FOTO

Moderator.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ hərbçiləri Rusiya və Belarusun birgə keçirdiyi “Zapad-2025” hərbi təlimlərini müşahidə ediblər. 

Moderator.az yəhudi mediasına istinadla xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Rusiya və Belarus təlimlərə sentyabrın 12-də başlayıb.

ABŞ hərbçilərinin Belarusdakı poliqona səfəri ölkənin Müdafiə Nazirliyi tərəfindən sürpriz kimi təqdim edilib.

Müdafiə Nazirliyi uniformalı iki amerikalı zabitin Belarusun müdafiə naziri Viktor Xreninə dəvətə görə təşəkkür etdiyi və onun əlini sıxdığı video yayımlayıb.

Jurnalistlərlə danışmaqdan imtina edən amerikalılara "Biz sizə sizi maraqlandıran hər şeyi göstərəcəyik. İstədiyiniz hər şeyi. Oraya gedib baxa bilərsiniz, insanlarla danışa bilərsiniz", - deyib.

Ötən həftə Donald Trampın nümayəndəsi Con Koul, jurnalistlər və siyasi opponentlər də daxil olmaqla, həbsxanalarından 52 məhbusu azad etməyə razılıq verən prezident Aleksandr Lukaşenko ilə danışıqlar aparmaq üçün Minskə səfər edib.

Buna cavab olaraq ABŞ Belarusun milli avia-şirkəti Belavia-ya qarşı sanksiyaları ləğv edib. 

Koulun sözlərinə görə, Tramp yaxın vaxtlarda ABŞ-ın Belarusdakı səfirliyini yenidən açmaq və ölkələr arasında münasibətləri normallaşdırmaq istəyir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
38
2
moderator.az

3Источники