RU

Bir ildir itkin düşən həkimin meyitini süni intellekt saniyələr ərzində tapdı

Lent az saytına istinadən ain.az xəbər verir.

İtaliyada xilasedicilər təxminən bir il əvvəl itkin düşən 64 yaşlı həkim Nikola İvaldonun meyitini süni intellektin dəstəyi ilə aşkar ediblər. 

Bu barədə Lent.az xarici mediaya istinadla xəbər verir.

Milli Alp və Speleoloji Xilasetmə Korpusu (CNSAS) dronlarla çəkilmiş 183 hektarlıq dağlıq ərazini əhatə edən 2600 şəkili süni intellekt proqramına təqdim edib. Proqram şəkillərdəki fərqli rəngli pikselləri təhlil edərək bir neçə “şübhəli nöqtə”ni müəyyənləşdirib.

Dron pilotu Saverio İzolanın sözlərinə görə, həmin yerlər ertəsi gün yoxlanılıb: “Səhər saat 4-də yola çıxdıq, çünki ən ucqar nöqtəyə çatmaq lazım idi. Süni intellektin göstərdiyi qırmızı piksellərdən birinin həqiqətən də itkin düşənin dəbilqəsi olduğu təsdiqləndi.”

Bundan sonra xilasedicilər helikopter çağıraraq meyiti ərazidən çıxarıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
42
lent.az

1Источники