RU

Qazaxıstanda Mərkəzi Asiyanın analoqu olmayan idman obyekti istifadəyə verilib

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Astana, 15 sentyabr, AZƏRTAC

Qazaxıstanın Türküstan şəhərində unikal idman qurğusu, avarçəkmə kanalı istifadəyə verilib.

AZƏRTAC Qazaxıstan Turizm və İdman Nazirliyinə istinadla xəbər verir ki, bu idman kompleksinin Mərkəzi Asiyada analoqu yoxdur. Kanalın ümumi sahəsi 100 hektar, uzunluğu təqribən 2,5 kilometrdir.

Avarçəkmə kanalının unikal kompleksi özündə bir neçə funksiyanı birləşdirir. Obyekt avarçəkmə, baydarka və kanoe üzrə beynəlxalq idman tədbirlərinin, o cümlədən Dünya Kuboku və Asiya Kuboku səviyyəsində yarışların keçirilməsi və idmançıların müntəzəm məşq edilməsi üçün platforma rolunu oynayacaq.

Bundan başqa, kanalın suyu həm şəhərin suvarma sisteminə, həm də yaşıllıq zolağının suvarılmasına sərf olunur. Kanalın ərazisində uzunluğu təxminən 1 kilometr olan şəhər çimərliyi, mehmanxana, tamaşaçılar üçün tribuna da var.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
42
azertag.az

1Источники