RU

Ohanyan hədələdi: Hakimiyyətə gəlsək, Azərbaycanla sülh müqaviləsini tanımayacağıq

Müxalif “Ermənistan” bloku hakimiyyətə gəldikdən sonra Azərbaycanla sülh sazişinin bəndlərini yenidən müzakirə edəcək.

Publika.az xəbər verir ki, bunu sentyabrın 15-də Milli Assambleyada keçirilən ənənəvi brifinqdə “Ermənistan” müxalifət blokunun parlament fraksiyasının rəhbəri Seyran Ohanyan deyib.

Onun sözlərinə görə, bu məqamlara yenidən baxılmalı və müzakirə olunmalıdır.

“Biz qarşılıqlı maraqlara hörmət çərçivəsində tarazlığa nail olmaqla ermənipərəst mövqeyi irəli sürməliyik”, - Ohanyan vurğulayıb.

Избранный
11
publika.az

1Источники