İtaliyanın “Italiana Petroli” şirkətinin təsisçi ailəsi onu SOCAR-a satmaq üzrədir.
Banker.az bunu Reuters-ə istinadən xəbər verir.
Razılaşma baş tutarsa, SOCAR İtaliyanın ən böyük yanacaqdoldurma şəbəkələrindən birinə nəzarət edəcək. Mənbələrin bildirdiyinə görə, müqavilə artıq bazar ertəsi imzalana bilər.
Maliyyə şərtləri açıqlanmasa da, əvvəlki məlumatlarda Braketti-Peretti ailəsinin şirkət üçün təxminən 2,5 milyard avro (2,9 milyard dollar) dəyərində qiymət istədiyi deyilirdi. Şirkətin balansında isə 500 milyon avro nağd vəsait mövcuddur.
Müqavilə üzrə SOCAR-ı “Intesa Sanpaolo IMI CIB”, “Italiana Petroli”nin sahiblərini isə UniCredit məsləhətçi qismində dəstəkləyir, deyə Reuters qeyd edib.