RU

İsrailin Qəzzaya hücumu nəticəsində 25 fələstinli həlak olub

İsrailin son sutkada Qəzza zolağının müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda 3-ü uşaq olmaqla 25 fələstinli həlak olub.

Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, İsrail əsgərlərinin Qəzza zolağının müxtəlif yerlərində evlərə və çadırlara hücumları davam edir.

Qeyd edək ki, Qəzzanın qərbindəki Rimal məhəlləsində fələstinli ailənin yaşadığı çadıra hücum zamanı üçü uşaq olmaqla altı fələstinli həlak olub. Şəhərin şimalında isə İsrail ordusu iki fələstinlin evini hədəfə alıb, nəticədə 10 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

İlahə QənbərliMissiya.Az

Избранный
33
missiya.az

1Источники