RU

Xocalı qatili Ohanyan Paşinyana qarşı danışmağa başladı - Təhlükəsizliyin zəmanəti ola bilməz...

“Erməni ictimaiyyəti başa düşə bilmir ki, sülhə doğru necə irəliləmək olar”.

Musavat.com xəbər verir ki, bunu “Ermənistan” blokunun parlament fraksiyasının rəhbəri, Xocalı faicəsinin canisi Seyran Ohanyan deyib.

Erməni siyasətçi Paşinyan iqtidarının “Ermənistan və Azərbaycan arasında bağlanacaq sülh təhlükəsizliyə zəmanət olacaq” tezisi ilə razılaşmadığını vurğulayıb.

“Sülh təhlükəsizliyin zəmanəti ola bilməz. O, milli və beynəlxalq təminatlardan qaynaqlanan milli təhlükəsizlik strategiyasının əsas məsələsi olmalıdır. Milli təminatlara ordu və daxili asayiş qüvvələri daxildir, beynəlxalq təminatlar isə dövlətin xarici siyasəti ilə bağlıdır”, - deyə Ohanyan bildirib.

Musavat.com

Избранный
15
2
musavat.com

10Источники