RU

Belarus şirkəti Azərbaycanda suyun təmizlənməsi üzrə irimiqyaslı layihələr həyata keçirməyi planlaşdırır (ÖZƏL)

Bakı. Trend:

Belarusun “Polymer Construction” şirkəti Azərbaycandafəaliyyətini aktivləşdirir və içməli və çirkab suyun təmizlənməsisahəsində bir neçə iri layihə gerçəkləşdirməyi planlaşdırır.

Bu barədə Trend-ə“Polymer Construction” şirkətinin baş direktoru Yevgeniy İvanovaçıqlama verib.

O qeyd edib ki, ötən ilki sərgidəki uğurlu debütun ardıncaşirkət əməkdaşlığı möhkəmləndirməyə davam edir və ölkədə bir neçəyeni obyektin istismara verilməsinə hazırlaşır.

“Azərbaycan xalqı belaruslar üçün qardaş xalqdır, elə ona görədə Belarus və Rusiyada tətbiq etdiyimiz həlləri və texnologiyalarıAzərbaycanda da tətbiq etmək istəyirik”, -deyə E. İvanovbildirib.

O bildirib ki, şirkət yüksək ekoloji normaların qorunması iləAzərbaycanda içməli və çirkab suyun təmizlənməsi sferasında, eləcədə suvarmaq və təkrar istifadə üçün su ehtiyatlarının qorunubsaxlanılmasında böyük potensial görürür.

Baş direktorun sözlərinə görə, “Polymer Construction”hal-hazırda hazırlıq mərhələsindədir – Azərbaycanda təqribən beşobyekt üzrə texnologiyaların işlənməsi və layihə sənədlərininhazırlanması aparılır. Yaxın vaxtlarda işlərin fəal başlanmasınəzərdə tutulur.

O xatırladıb ki, “Polymer Construction” yalnız mühəndislikdeyil, həm də istehsalat şirkətidir və tam təchizat dövrünü təminetməklə yanaşı, həyata keçirilən obyektlərə görə məsuliyyətdaşıyır. 24 il ərzində şirkət 1200-dən çox layihəni icra edib ki,bu da həmin yanaşmanın səmərəliliyini təsdiqləyir.

“Vətənə qayıtdıqdan dərhal sonra layihələrin icrasınabaşlayacağıq. Uğur hər iki tərəfin əməkdaşlığından asılı olacaq vəbiz tezliklə səmərəli tərəfdaşlığa ümid edirik. Şirkət növbətisərgidə artıq ya həyata keçirilmiş obyektləri, ya da istehsal vətikinti mərhələsində olan layihələri təqdim etməyi planlaşdırır”, -deyə Y.İvanov yekunlaşdırıb.

Məqalədə:
Избранный
42
1
az.trend.az

2Источники