RU

Bakıdan gələn Özbəkistan vətəndaşı Gürcüstana buraxılmadı

BAKI, 15 sentyabr. TELEQRAF

Özbəkistanın Azərbaycandakı səfirliyinin köməkliyi ilə Bakıda çətin vəziyyətdə qalan vətəndaş ailəsinə qovuşub.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan KİV məlumat yayıb.

Diplomatik nümayəndəlikdən KİV-ə verilən məlumata görə, Namanqan rayon sakini X.M. Özbəkistana çatmaq üçün kömək istəyib:

“O, sentyabrın 2-də Gürcüstana getmək və orada işləmək məqsədilə Bakıya gəlib. Amma Gürcüstan sərhədçiləri onu ölkəyə buraxmayıblar və evə qayıtmağa məcbur olub.

Müraciət müəyyən olunmuş qaydada araşdırıldıqdan sonra ona köməklik göstərilib. X.M üçün təyyarə bileti alınıb. Bakı-Daşkənd marşrutu ilə Özbəkistana qayıdıb”.

Избранный
23
teleqraf.com

1Источники