RU

İnflunserlər 2050 ci ildə belə görünəcək ARAŞDIRMA

Olke.az saytına istinadən ain.az xəbər verir.

İnflunserlər sosial mediada cazibədar görünə bilər, lakin onların gözəl görünüşü çox uzun müddət davam etməyəcək.

Ölkə.Az “New York Post”a istinadla xəbər verir ki, məzmun yaradıcılarının 2050-ci ildə necə görünəcəyinə dair qrotesk model hazırlanıb.

"Karyera cazibədar olsa da, həyat tərzimizə də əhəmiyyətli dəyişikliklər gətirə bilər" ,-  deyə mütəxəssislər bildirir.

Dünya miqyasında 30-50 milyon izləyicisi olan və hər il 10-20% böyüyən “dəbə uyğun karyera” sahiblərinin zamanla görünüşündə dəyişikliklər yaranacaq.

Qeyd edilir ki, alqoritmləri izləmək, gözəllik standartı təzyiqləri və fasiləsiz məzmun yaratmaq həm bədənə, həm də zehnə gözlə görülə bilən zərərlər vuracaq.

“Ava” adı verilən rəqəmsal təsvir hazırlanarkən influnserlərin bədəninin necə dəyişəcəyi barədə elmi araşdırmalar nəzərə alınıb. İnflunserlərin oturaq həyat tərzi, saatlarla halqa işığa baxaraq çəkiliş etmələri, boyun əyriliklərinə səbəb olacaq.

“Bəzi tədqiqatçılar tez-tez smartfondan istifadənin qeyri-neytral boyun duruşuna və ya dayaq-hərəkət sisteminin xəstəliklərinin inkişafına səbəb ola biləcəyini irəli sürüblər.

Əyilmiş boyun duruşu servikal onurğanın ağrısını artıra və servikal onurğanın bitişik hissələrində əzələ gərginliyinə səbəb ola bilər"  - məlumatda deyilir.

BBC-nin məlumatına görə, infulnserlər həftədə 90 saata qədər işləyir və günün çox hissəsini telefonla keçirir.

Qat-qat və davamlı makyajdan istifadənin, gözəllik üçün müxtəlif prosedurlardan keçməyin və LED işıqlara uzun müddət məruz qalmanın "rəqəmsal yaşlanma"ya səbəb olacağı qeyd edilir.

Ava modelində illərlə dolğulardan istifadə edən influnserin bədəni və üzü təsvir edilib.

Fenomenlərin davamlı olaraq süni saçlardan istifadə etməsi və ya saçlara tez-tez forma verməsinin keçəlliyə, eləcə də saç incəlməsinə səbəb olacağı təxmin edilir.

Billurə Yunus

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
32
1
olke.az

2Источники