RU

Azərbaycanda tornado təhlükəsi: Ekspertdən XƏBƏRDARLIQ

Xəzər dənizinin Dağıstan sahili yaxınlığında tornado qeydə alınıb. Bu hadisə Azərbaycanda da oxşar təbiət hadisələrinin baş verə biləcəyi ehtimalını gündəmə gətirib.

Hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov KONKRET.az-a açıqlamasında bildirib ki, tornado (smerç) topa-yağış (cumulonimbus) buludundan Yer səthinə qədər uzanan, son dərəcə sürətlə fırlanan hava sütunudur.



“Ən güclü tornadolarda küləyin sürəti saatda 480 kilometrə (saniyədə 133 metrə) qədər çata, diametri isə 3 kilometrdən böyük ola bilər.

Meteorologiyada su səthləri üzərində yaranan bu cür burulğanlar üçün “tornado”, quru üzərində əmələ gələnlər üçün isə “tromb” anlayışı istifadə olunur. “Ən dağıdıcı tornadolar mezosiklon adlanan və fırlanan gurultulu fırtınalarda super hüceyrələrdən əmələ gəlir. Bu zaman havanın fırlanması Şimal yarımkürəsində saat əqrəbinin əksinə, Cənub yarımkürəsində isə əksinə saat istiqamətində baş verir”, – deyə Hüseynov vurğulayıb.

Cavid Hüseynovun sözlərinə görə, tornadolar əsasən mülayim iqlim zonalarında, yəni Avropanın 60-cı paralelindən 45-ci paralelinədək ərazilərdə, həmçinin ABŞ, Meksika, Banqladeş, Hindistan, Yaponiya, Argentina və Uruqvay kimi ölkələrdə daha çox müşahidə olunur:

“Dünyada ən çox tornado Şimali Amerikada, xüsusilə də ABŞ-ın mərkəzi və cənub-şərq bölgələrində, “Tornado xiyabanı” adlanan ərazidə baş verir”.

Ekspert əlavə edib ki, tornadolar ilin istənilən vaxtında, həm gündüz, həm də gecə saatlarında müşahidə oluna bilər. Onların intensivliyi Fujita və ya TORRO şkalaları ilə ölçülür. F0 və EF0 kateqoriyalı tornadolar zəif təsir göstərirsə, F5 və EF5 gücündə olanlar binaları bünövrəsindən qopara, hətta hündürmərtəbəli tikililərə ciddi ziyan vura bilir.

Azərbaycanda həm quruda, həm də su üzərində zəif intensivli burulğanların yaranma ehtimalının istisna edilmədiyini deyən Cavid Hüseynov bildirib ki, hazırda belə hadisələrin müşahidəsi nadir meteoroloji hadisələrdəndir və iqlim dəyişmələrinin tornado riskinin artmasına təsir göstərməsi dəqiq tədqiq edilməyib.

Избранный
25
2
demokrat.az

3Источники