RU

Polşa 40 ildən sonra Su-22 qırıcılarını FA-50-lərlə əvəzlədi

Polşa Hərbi Hava Qüvvələri (HHQ) tərəfindən istifadə olunan Su-22 təyyarələrinin istismarı dayandırılıb.

Bu barədə TMZ nəşri məlumat yayıb.

“Müəyyən dövrdə Su-22 təyyarələri Varşava Müqaviləsi ölkələrinin əsas hücum aviasiyası olub. Sonuncu nüsxələri isə Polşa HHQ-də xidmət göstərirdi. Polşa bu təsirli təyyarələrdən ilk nümunənin tədarükündən etibarən 40 ildən artıq müddətdə istifadə edib”, – deyə məqalədə qeyd olunur.

Məlumatda dəqiqləşdirilir ki, qırıcıların istifadədən çıxarılması barədə qərar HHQ-nin mətbuat konfransında elan olunub. İstismar müddəti bitən Su-22-lərin əvəzinə Polşa Cənubi Koreya istehsalı olan FA-50 döyüş təyyarələrini qəbul edib.

Избранный
18
aznews.az

1Источники