RU

"Mən Azərbaycanın ərazi bütövlüyünü tanımalı idim, başqa yol yox idi"- Paşinyan İrəvanda danışdı...


Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirilən "Kompleks təhlükəsizlik və dayanıqlılıq 2025" beynəlxalq konfransında maraqlı fikirlər səsləndirib. Erməni baş nazir qeyd edib ki, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa variantı olmayıb. "Mən Azərbaycanın ərazi bütövlüyünü (2022-ci ilin oktyabrında - red.) Ermənistanın ərazi bütövlüyünü tanımaq üçün tanıdım. Başqa yol sadəcə yox idi", - o qeyd edib.
Baş nazirin sözlərinə görə, Ermənistanın təhlükəsizliyinin legitimliyi avqustun 8-i Vaşinqtonda paraflanmış sülh sazişi sayəsində daha da möhkəmlənib.

Mətləb Salahov

Избранный
34
11
baki-xeber.com

10Источники