RU

Paytaxtda saxlanılan üç kuryerdən 3 kq narkotik aşkarlanıb

Paytaxtda saxlanılan üç kuryerdən 3 kq narkotik aşkarlanıb

Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı qabaqcadan əlbir olaraq narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsini təşkil edən şəxslər saxlanılıblar.

Tutulanların kimliyi açıqlanıb: 31 yaşlı İ. Qardaşxanlı, 20 yaşlı S. Nasib və 21 yaşlı V. İsmayılov. Onlardan ümumilikdə 3 kiloqrama yaxın marixuana və həşiş aşkarlanaraq götürülüb.

Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri maddi gəlir qazanmaq üçün şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiklərini və ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.

Faktla bağlı araşdırmalar aparılır.

Избранный
52
10
afn.az

10Источники