“Ermənistan öz dövlət rəmzlərini rəhbər tutur.
Ermənistan Respublikasının pasportlarına vurulacaq möhür Ermənistan və onun dövlətçiliyi ilə bağlı simvolları ifadə etməli olacaq”.
“Cebhenfo.az” xəbər verir ki, bunu sentyabrın 15-də Ermənistan parlamentində keçirilən ənənəvi brifinqdə hakim “Mülki Müqavilə” Partiyasının parlament fraksiyasının katibi Artur Ovannisyan Ermənistan Respublikasına giriş və ya çıxış zamanı sərhədçilərin qoyduğu möhürün dəyişdirilməsi ilə bağlı sualı cavablandırarkən deyib.
Hakimiyyət Ağrı dağını sözügedən möhürdən çıxarmaq qərarına gəlib. Deputatın fikrincə, dövlət rəmzlərində həddindən artıq emosionallıq olmamalıdır. "Qonşularımızla münasibətlərimizdə biz Alma-Ata Bəyannaməsinə arxalanırıq.
Niyə? Çünki bizim hər bir hərəkətimiz, istər imza, istərsə də bəyanat şəklində, heç bir halda qonşu ölkələrə təhlükəli mesajlar verməməlidir", - o bildirib.