RU

Nazirliyin tabeliyindəki qurumun 8,7 milyon manatlıq tenderinin qalibi - MƏLUM OLDU

Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tenderin nəticəsini açıqlayıb.

FED.az xəbər verir ki, tenderin qalibi "Elite Construction" MMC olub. Qalib şirkətə 8 milyon 685 min 354,81 manat ödəniləcək.

Tenderdə Respublikanın bir sıra məktəbəqədər və ümumtəhsil müəssisələrində təmir, kommunal-kommunikasiya və abadlıq işləri nəzərdə tutulur.

Bildirək ki, "Elite Construction" MMC 2 noyabr 2015-ci ildə dövlət qeydiyyatına alınıb və 3 min 50 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Ramiz Quliyev Məhəmməd oğludur. Hüquqi ünvanı AZ5921, TƏRTƏR RAYONU, QARADAĞLI, , ev.0, m.0 ünvanıdır.

Избранный
34
fed.az

1Источники