BAKI, TurkicWorld
Ötən il Azərbaycanda 29 milyon ton neft və 50,4 milyard kub metr qaz hasil olunub.
2023-cü il ilə müqayisədə neft hasilatı 1,1 milyon ton az, qaz hasilatı isə 2,1 milyard kubmetr çox olub.
Bu barədə TurkicWorld Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2024-cü ilin hesabatına istinadən xəbər verir.
SOCAR-ın istismar etdiyi neft və qaz yataqlarından 2024-cü ildə 7,5 milyon ton neft (kondensatla birlikdə), 7,7 milyard kubmetr qaz hasil edilib.
2024-cü ildə SOCAR-ın istismar etdiyi yataqlardan 7,486 milyon ton neft hasil edilib.
2024-cü ildə “AÇG” yatağından 16,820 milyon ton neft, “Şah Dəniz” yatağından 4,168 milyon ton, “Abşeron” yatağından isə 572,2 min ton kondensat hasil edilib.
2024-cü il ərzində SOCAR üzrə qaz hasilatı 7,718 milyard kubmetr olub.
2024-cü ildə “AÇG” yatağından 13,409 milyard kubmetr, “Şah Dəniz” yatağından 27,773 milyard kubmetr, “Abşeron” yatağından isə 1,528 milyard kubmetr qaz hasil edilib.
2024-cü ildə hasil edilmiş neftin 97,3%-i keçici fond quyularının, 1,3%-i yeni quyuların, 1,4 %-i isə fəaliyyətsiz fonddan alınan quyuların payına düşür.
Ümumi neft hasilatının 19,5 %-i fontan, 52,4 %-i qazlift, 28,1 %-i dərinlik nasosu üsulunun payına düşür.
Bu ilin yanvarın 1-nə istismarda olan quyu fondu 7610 quyu (o cümlədən 129 qaz quyusu), fəaliyyətdə olan quyu fondu 5715 quyu (o cümlədən 83 qaz quyusu) təşkil edib.