AZ

SOCAR-ın istismar etdiyi yataqlardan neft və qaz həcmi açıqlanıb

Bakı. Trend:

Ötən il Azərbaycanda 29 milyon ton neft və 50,4 milyard kub metrqaz hasil olunub.

2023-cü il ilə müqayisədə neft hasilatı 1,1 milyon ton az, qazhasilatı isə 2,1 milyard kubmetr çox olub.

Bu barədə Trend Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR)2024-cü ilin hesabatına istinadən xəbər verir.

SOCAR-ın istismar etdiyi neft və qaz yataqlarından 2024-cü ildə7,5 milyon ton neft (kondensatla birlikdə), 7,7 milyard kubmetr qazhasil edilib.

2024-cü ildə SOCAR-ın istismar etdiyi yataqlardan 7,486 milyonton neft hasil edilib.

2024-cü ildə “AÇG” yatağından 16,820 milyon ton neft, “ŞahDəniz” yatağından 4,168 milyon ton, “Abşeron” yatağından isə 572,2min ton kondensat hasil edilib.

2024-cü il ərzində SOCAR üzrə qaz hasilatı 7,718 milyard kubmetrolub.

2024-cü ildə “AÇG” yatağından 13,409 milyard kubmetr, “ŞahDəniz” yatağından 27,773 milyard kubmetr, “Abşeron” yatağından isə1,528 milyard kubmetr qaz hasil edilib.

2024-cü ildə hasil edilmiş neftin 97,3%-i keçici fondquyularının, 1,3%-i yeni quyuların, 1,4 %-i isə fəaliyyətsizfonddan alınan quyuların payına düşür.

Ümumi neft hasilatının 19,5 %-i fontan, 52,4 %-i qazlift, 28,1%-i dərinlik nasosu üsulunun payına düşür.

Bu ilin yanvarın 1-nə istismarda olan quyu fondu 7610 quyu (ocümlədən 129 qaz quyusu), fəaliyyətdə olan quyu fondu 5715 quyu (ocümlədən 83 qaz quyusu) təşkil edib.

Məqalədə:
Seçilən
35
1
az.trend.az

2Mənbələr