RU

SOCAR neft və qazın maya dəyərlərinin artması ilə bağlı səbəbləri açıqlayıb

Dövlət Neft Şirkətinin (SOCAR) şirkət üzrə neft və qazın maya dəyərlərinin artması ilə bağlı səbəbləri açıqlayıb.

Neft in maya dəyərinin artması keçən ilə nisbətən yanacaq xərclərinin, elektrik enerjisi xərclərinin, əmək haqqı və sosial sığorta xərclərinin, əsas vəsaitlərin amorti zasiya xərclərinin, nəqliyyat xərclərinin, digər vergilərin, digər xidmətlər üzrə xərclərin və digər xərclərin artması hesabına baş vermişdir. Belə ki, yanacaq xərclərinin 108 min manat (4,0%), elektrik enerjisi xərclərinin 886 min manat (12,6%), əmək haqqı xərclərinin 12185 min manat (8,0%), sosial sığorta xərclərinin 2203 min manat (6,4%), əsas vəsaitlərin amorti zasiya xərclərinin 29419 min manat (15,9%), nəqliyyat xərcləri 15483 min manat (13,9%), digər vergilər 1419 min manat (3,0%), digər xidmətlər üzrə xərclər 14548 min manat (11,8%) və digər xərclər 8752 min manat (27,2%) artmışdır.

Qazın maya dəyərinin artması əsasən keçən ilə nisbətən əmtəəlik qaz hasilatının azalması hesabına baş vermişdir. Keçən ilə nisbətən əmtəəlik qaz hasilatı 700738 min m3 və ya 13,1% az olmuşdur.

Избранный
41
1
teleqraf.com

7Источники