RU

Çin taliblərə təlim keçir | Məxfi sənəd

AzVision.az xəbər verir ki, Rusiyanın “Nezavisimaya qazeta” nəşrinin məlumatına görə, sentyabrda “Taliban” Müdafiə nazirliyi Çinlə hərbi əməkdaşlıq haqqında məxfi sənəd hazırlayıb. Söhbət Talibanın hava hücumundan müdafiəsinin (HHM) radiolokasiya sistemləri üçün mütəxəssislərin hazırlanmasından gedir.

“Müdafiə nazirliyi rəhbərliyinin qərarı və planına əsasən, 22 nəfərin Çin Xalq Respublikasına (ÇXR) radar sistemləri sahəsində peşəkar təlim və ixtisasartırma kurslarına göndərilməsi barədə qərar qəbul edilib”,- Əfqanıstanın Müdafiə naziri Məhəmməd Yaqub Mücahid HHM qüvvələrinin komandanlığını məlumatlandırıb.


Bu məsələdə Çinlə də razılıq əldə olunduğu xüsusilə vurğulanır. Sənəddə Müdafiə nazirliyinin rəhbəri HHM İdarəsinə etibarlı və ixtisaslı namizədləri seçməyi, onları təsdiqləməyi və Çinə səfərin təşkili üçün tam bioqrafik məlumatları Xarici Əlaqələr Direktorluğuna ötürməyi tapşırır.

Sərəncamın bir nüsxəsi də, Çin kəşfiyyat xidmətləri tərəfindən ələ alına bilməsi nöqteyi-nəzərindən, “Taliban” müdavimlərinin seçilməsi, Çinə göndərilməsi və qalmasına nəzarət etməsi ehtimal olunan Strateji Kəşfiyyat İdarəsinə ünvanlanıb.

Bu ilin ortalarından etibarən “Taliban” liderlərinin hava hücumlarından qorunması problemi xüsusilə kəskinləşib. İsrail casusları iyun ayında İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbərliyinin bir hissəsini pilotsuz təyyarələrlə öldürdükdən sonra Əfqanıstan “Taliban”ı öz təhlükəsizliklərindən ciddi şəkildə narahat olub.

- Üstəlik, əfqan müşahidəçilərinin fikrincə, əmir mövlanə Heybətullah Axundun qərargahının yerləşdiyi Qəndəhar səmasında Pakistan və ya ABŞ-yə aid ola biləcək naməlum pilotsuz təyyarələr getdikcə daha çox müşahidə edilir”,- qəzet vurğulayır.

Sahil İsgəndərov
AzVision.az
Избранный
14
azvision.az

1Источники