RU

Bu il Azərbaycanda 1.6 milyard ədəddən çox yumurta istehsal edilib

2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanda quş əti də daxil olmaqla diri çəkidə 383,9 min ton ət, 1493,4 min ton süd, 1 milyard 605,7 milyon ədəd yumurta, 14,3 min ton yun, 186,6 ton barama istehsal olunub.

Bu barədə  Dövlət Statistika Komitəsindən bildirilib.

    Məlumata görə, 2024-cü ilin müvafiq dövrünə nisbətən yumurta istehsalı 2,1 faiz, ət istehsalı 1,2 faiz, süd istehsalı 0,3 faiz artıb, yun istehsalı 1,4 faiz, barama istehsalı 22,1 faiz azalıb.

    Xatırladaq ki, 2025-ci ilin yanvar-avqust ayları üzrə ölkədə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 9 milyard 424,2 milyon manat təşkil etmişdir ki, onun da 4 milyard 648,1 milyon manatı heyvandarlıq, 4 milyard 776,1 milyon manatı bitkiçilik məhsullarının payına düşür. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 0,8 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 2,5 faiz azalıb, heyvandarlıq məhsulları istehsalı isə 1,1 faiz artıb.

    Избранный
    26
    3
    banco.az

    4Источники