Adelet.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Rusiya təhlükəsizlik şurasının sədr müavini Dmitri Medvedevin deyəsən yenə başı ayılıb, Avropanı hədələyir. Sosial şəbəkə "qəhrəmanı" Telegram-kanalında bəyan edib ki, əgər Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən gələn gəlirləri Ukraynaya versə, Rusiya onları "əsin sonunadək təqib edəcək".
Təhlükəsizlik şurasının sədr müavininin sözlərinə görə, Rusiya tərəfi bütün hüquqi vasitələrdən istifadə edərək, onların beynəlxalq cinayət məsuliyyətinə cəlb olunmasına çalışacaq.
Bəs görəsən, suveren dövlətin ərazilərinə hücum etməklə işğal edən Rusiyanın özü törətdiyi cinayət əməllərinə görə, beynəlxalq məhkəmə qarşısında cavab verməyə hazırdırmı?
Rüstəm Hacıyev
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.