RU

Ukrayna qüvvələri Sumı vilayətində irəliləyiş əldə edib

Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkə ordusu Sumı vilayətinin sərhəd bölgələrində irəliləyib.

Onun sözlərinə görə, Rusiya qüvvələri Donetsk və Xarkov istiqamətlərində ciddi itkilər verib.

Zelenski qeyd edib ki, Kupyansk və Pokrovsk yaxınlığında şiddətli döyüşlər davam edir, Ukrayna ordusu isə hücumları dəf etməyə nail olub. Rusiya tərəfi isə Donetsk vilayətində mövqelərini gücləndirdiyini açıqlayıb.

Bundan əlavə, Xerson vilayətində mərmi və pilotsuz uçuş aparatlarının hücumu nəticəsində iki nəfərin həlak olduğu bildirilib.

Firuzə

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
59
icma.az

1Источники