Qazaxıstanın Daxili İşlər Nazirliyinin (DİN) Milli Qvardiyasının nümayəndə heyəti Bakıya səfər çərçivəsində azərbaycanlı həmkarlarının ictimai asayişin təmin edilməsi üzrə iş təcrübəsi ilə tanış olub.
Bu barədə Herbiand.az Qazaxıstan DİN-in mətbuat xidmətinə istinadən xəbər verir.
"Qazaxıstan nümayəndə heyətinin rəhbəri, daxili işlər nazirinin müavini, Milli Qvardiyanın Baş komandanı Ansaqan Baltabekov Azərbaycanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovla görüşüb. Onunla ictimai asayişin təmin edilməsi sahəsində əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsi məsələlərini müzakirə edib. O, həmçinin Azərbaycanın Daxili Qoşunlarının komandanı Şahin Məmmədovla görüş keçirib", - nazirliyin məlumatında bildirilib.