RU

Putindən Kadırova QADAĞA

Bakupost saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin Çeçenistan başçısı Ramzan Kadırovdan oğlu Adəmi varis kimi təqdim etməyi dayandırmağı tələb edib.

Bakupost.az xəbər verir ki, bu barədə “Insıder” Teleqram kanalı məlumat yayıb.

Mənbələr bildirib ki, Putin Kadırovun Adəmin Çeçenistanın rəhbəri postuna gələcək təyinatı məsələsinin guya artıq Kremldə, yüksək səviyyədə həll olunduğunu göstərməyə çalışmasından son dərəcə narazıdır.

“Putin Kadırova bu cür bəyanatlar səsləndirməyə icazə verməyib. Bu, Çeçenistanda hakimiyyətin varislik ssenarisi üzrə ötürülməsinin zəruriliyini şübhə altına alır. Kadırov Adəmi varisi kimi təqdim edilməsini dayandırmaq və öz komandasından, məsələn, Çeçenistan baş naziri Davudov kimi layiqli namizədlər tapmaq barədə göstərişlər alıb”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
31
1
www.bakupost.az

2Источники