AZ

Putin Kadırova oğlu ilə bağlı qadağa qoydu

BAKI, 15 sentyabr. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin Çeçenistan başçısı Ramzan Kadırovdan oğlu Adəmi onun varisi kimi təqdim etməyi dayandırmağı tələb edib.

Teleqraf xəbər verir ki, bu barədə “Insıder” Teleqram kanalı məlumat yayıb.

Mənbələr bildirib ki, Putin Kadırovun Adəmin Çeçenistanın rəhbəri postuna gələcək təyinatı məsələsinin guya artıq Kremldə, yüksək səviyyədə həll olunduğunu göstərməyə çalışmasından son dərəcə narazıdır.

“Putin Kadırova bu cür bəyanatlar verməyə heç bir icazə verməyib. Bu, Çeçenistanda hakimiyyətin varislik ssenarisi üzrə ötürülməsinin zəruriliyini şübhə altına alır. Kadırov Adəmi varisi kimi təqdim edilməsini dayandırmaq və öz komandasından, məsələn, Çeçenistan baş naziri Davudov kimi layiqli namizədlər tapmaq barədə göstərişlər alıb”.

Seçilən
28
1
teleqraf.com

2Mənbələr