RU

Medvedev: Rusiya PUA larının Ukrayna üzərində vurulması NATO ilə müharibə demək olacaq

Apa.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

NATO ölkələrinə Ukrayna üzərində Rusiya PUA-larını vurmağa icazə verilməsi alyansla Rusiya arasında müharibə demək olacaq.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

"Kiyevin və digər axmaqların “Ukrayna üzərində uçuşa qadağan zona” yaratmaqla bağlı təxribatçı ideyasının həyata keçirilməsi və NATO ölkələrinin bizim PUA-ları vura bilməsi yalnız bir şey demək olacaq-NATO ilə Rusiya arasında müharibə", deyə Medevedev qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
23
6
apa.az

7Источники