RU

iPhone 17 də çatışmazlıq aşkarlanıb

Xalq qazeti portalından verilən məlumata əsasən, ain.az bildirir.

Yeni "iPhone 17" smartfonlarında ciddi çatışmazlıq aşkar olunub. Bunu Avropa İttifaqında tətbiq edilən yeni məcburi davamlılıq testləri üzə çıxarıb.

"GSMArena"nın verdiyi xəbərə görə, batareya təkmilləşdirilsə də, "Apple" smartfonları zərbəyə qarşı davamlılıq baxımından rəqiblərindən xeyli geri qalır.

Qeyd edək ki, yeni Avropa etiketləmə sistemi cihazlara davamlılıq sinifləri təyin edir. Standartlaşdırılmış testlərin nəticələrinə əsasən, "iPhone 17 Pro Max" B sinfi reytinqi alıb. Bu o deməkdir ki, onun 180 dəfə yerə düşməyə tab gətirməsinə zəmanət verilir. Müqayisə etsək, "Samsung Galaxy S25 Ultra" və "Google Pixel 10 Pro XL" flaqmanları 270 zərbəyə tab gətirərək, ən yüksək A sinfini alıblar.

Deməli, gündəlik istifadə zamanı "Apple" flaqmanı zədələnməyə daha çox həssas olacaq.

Ü.QarayevXQ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
33
4
xalqqazeti.az

6Источники