Füzulidə Özbəkistanın tikdiyi Mirzə Uluqbəy adına 1 nömrəli məktəbdə ilk zəng çalınıb.
Operativ Media xəbər verir ki, tam orta məktəbin açılışı 2023-cü ilin avqustunda olub.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva məktəbin açılışında iştirak etmişdilər.