Antalyada qonşular arasında ağacdan portağal yığmaq üstündə yaranan mübahisə qanla bitib. İki nəfər güllələnib.
Manset.az-ın Türkiyə mediasına istinadən əldə etdiyi məlumata görə, Antalyanın Kəpəz rayonunda eyni yaşayış binasında yaşayan Süleyman D. ilə Durmuş F. arasında mənzilin bağçasında ağacdan portağal yığmağa görə mübahisə düşüb.
Baş verən mübahisə zamanı Süleyman D. yaşlı kişini vuraraq yerə yıxıb, daha sonra ikinci mərtəbədəki mənzilinə qalxıb. Şahidlərin xəbəri ilə Durmuş F.-nin oğlu Uğur F. yaşayış binasına gələrək Süleyman D ilə mübahisə edib.
Atasının vurulmasına qəzəblənən Uğur F. ilə Süleyman D. evinin eyvanından mübahisəni davam etdirərkən mübahisə böyüyüb və tapança ilə atəş açmağa başlayıb. Uğur F.-yə eyvandan bir neçə atəş açan Süleyman D. özünü saxlaya bilməyib yaşayış binasından pilləkənlərlə aşağı qaçıb.
Yaşayış binasının qarşısında aşağı mərtəbədə Uğur F.-yə də atəş açan Süleyman D. silahının gülləsini bitirdikdən sonra sürətlə hadisə yerindən qaçıb. Mübahisəni eşitmək üçün eyvana çıxan digər qonşular hadisə barədə 112 Təcili Yardım Mərkəzinə məlumat verərək, çoxlu sayda polis və tibb işçisi göndərilib.