RU

113 yaşlı Xeyrənisə nənə də Kəlbəcərə QAYIDIR

Kəlbəcərdən olan keçmiş məcburi köçkün, 113 yaşlı Xeyrənisə Baxışəliyeva bu gün doğma yurdu Kəlbəcərə qayıdıb. O, Kəlbəcərdən məcburi köçkün düşərkən 80 yaşı olub.

Far.Az xəbər verir ki, bu barədə Modern.az-a onun oğlu məlumat verib.

30 ildən çoxdur ki, Kəlbəcər qayıdacağı günü gözləyənlər arasında 113 yaşlı Xeyrənsə Baxşalıyeva da var idi. O, 1 aprel 1913-cü ildə Kəlbəcər şəhərində doğulub.

"4 il idi ki, anam bu günü gözləyirdi. Püşkatma olanda və gedəcəyimiz dəqiqləşəndə anam Tərtərə getdi ki, yolu qısalsın. Biz Tərtərdən anamı da götürüb, Kəlbəcərə gedirik. İndi Suqovuşan yolundayıq".

Qeyd edək ki, X. Baxışəliyevanın 3 oğlu, 10 nəvəsi, 18 nəticəsi və 3 kötücəsi var.

Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən, yenidən qurulan Kəlbəcər şəhərinə respublikanın müxtəlif yerlərindən, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Kəlbəcər şəhərinə 32 ailə - 139 nəfər köçürülüb.

Избранный
18
12
far.az

10Источники