RU

Türkiyə millisinin baş məşqçisi ən yaxşı seçildi

BAKI, 15 sentyabr. TELEQRAF

Beynəlxalq Basketbol Federasiyasının (FIBA) mətbuat xidməti Avropa çempionatının ən yaxşı məşqçisini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu ada Türkiyə millisinin baş məşqçisi Ergin Ataman layiq görülüb.

Atamanın komandası qrup mərhələsini məğlubiyyətsiz keçib. Türkiyə millisi pley-offda İsveçi, daha sonra Polşa və Yunanıstanı məğlub edərək finala yüksəlib. Qardaş ölkənin basketbolçuları həlledici matçda Almaniyaya uduzub.

Избранный
31
teleqraf.com

1Источники