RU

Cənubi Koreya, ABŞ və Yaponiya birgə hərbi təlimlərə başlayıb

Bu gün Cənubi Koreya, ABŞ və Yaponiyanın Koreya yarımadası yaxınlığında "Freedom Edge" (Azadlıq Sərhədi) adlı hərbi təlimləri başlayıb.

“İki sahil” "Yonhap"a istinadən xəbər verir ki, təlimlərin məqsədi üç ölkə arasında dəniz, hava və kiberməkan sahələrində birgə əməliyyat imkanlarını gücləndirmək, qarşılıqlı fəaliyyəti artırmaq və sabit üçtərəfli əməkdaşlığı təmin etməkdir.

Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri təlimlərin Şimali Koreyadan gələn "nüvə və raket təhdidinə cavab" məqsədi daşıdığını və onların regionda sülh və sabitliyə töhfə verəcəyini bildirib.

Manevrlər Şimali Koreyanın hərbi təhdidləri fonunda təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi üzrə davamlı səylər çərçivəsində planlaşdırılıb. Plana əsasən, dörd gün davam edəcək təlimlər Cənubi Koreyanın Çedjudo adasının şərqində və cənubunda yerləşən beynəlxalq sularda keçiriləcək.

Избранный
45
9
ikisahil.az

10Источники