AZ

Cənubi Koreya, ABŞ və Yaponiya üçtərəfli hərbi təlimlərə başladı

BAKI, 15 sentyabr. TELEQRAF

Koreya Respublikası, ABŞ və Yaponiya Silahlı Qüvvələri 15-19 sentyabr tarixlərində davam edəcək “Freedom Edge” üçtərəfli təlimlərinə start verib.

Teleqraf xəbər verir ki, təlimlər Cənubi Koreyanın Çecudo adasının cənub-şərqindəki beynəlxalq sularda keçirilir.

“Freedom Edge” təlimləri çərçivəsində hərbçilər dənizdə, havada və kiberfəzada öz bacarıqlarını nümayiş etdirəcəklər. Onlar raketdən müdafiə və hava hücumundan müdafiə üzrə təlimlər keçirəcəklər. Təlimlər həmçinin tibbi təxliyə və dənizdə müdaxiləni əhatə edəcək.

Cənubi Koreya tərəfi təlimlərin "KXDR-innüvə və raket təhdidlərinə cavab" olduğunu və regionda sülh və sabitliyə töhfə verəcəyini bəyan edib.

Seçilən
50
9
teleqraf.com

10Mənbələr