Çində avqust ayında işsizlik səviyyəsi iyul ayı ilə müqayisədə 0,1 faiz bəndi artaraq 5,3% təşkil edib.
Operativ Media xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Milli Statistika Bürosu məlumat yayıb.
Rəsmi statistikaya əsasən, yanvar-avqust aylarında gəliri olmayan qeydiyyatdan keçmiş əmək qabiliyyətli şəxslərin payı 5,2% olub. Ölkədə iş həftəsinin orta uzunluğu isə 48,5 saat təşkil edir.
2023-cü ildə Çində işsizlik səviyyəsi 5,2%, 2024-cü ildə isə 5,1% olub. Qeyd edilən göstəricilər yalnız şəhərlərdəki vəziyyəti əhatə edir. Miqrasiya əməyinin uçotunun çətinliyi səbəbindən kənd yerlərində məşğulluq bazarındakı vəziyyət qiymətləndirilmir.