RU

ABŞ-nin ən varlı milyarderlərinin orta yaşı 70-dir - Forbes

Bakı. Trend:

“Forbes” dünyanın ən varlı amerikalılarının yaş statistikasınıaçıqlayıb.

Trend xəbər verirki, 400 ən varlı amerikalının siyahısına daxil olan milyarderlərinorta yaşı 70 təşkil edir.

Reytinqin ən yaşlı iştirakçısı 96 yaşlı torpaq və ağac maqnatıArçi Aldis Emmerson olub. Siyahıda yaşı 90-ı keçən 23 nəfərvar.

Digər tərəfdən, 33 milyarderin yaşı 50-dən aşağıdır, onlardan 10nəfəri 42 və ondan da gəncdir. Reytinqin ən gənc iştirakçısı isə 37yaşlı Edvin Çen – “Surge AI” şirkətinin qurucusudur.

Qeyd edək ki, sentyabrın 10-da açıqlanan reytinqə görə, dünyanınvə ABŞ-ın ən varlı adamı artıq dördüncü ildir ki, İlon Mask qalır.Onun sərvəti 400 milyard dolları keçib. İlk üçlükdə həmçinin“Oracle” şirkətinin həmtəsisçisi Larri Ellison (276 mlrd. dollar)və “Meta”nın rəhbəri Mark Zukerberq (253 mlrd. dollar) yeralıblar.

Избранный
48
5
az.trend.az

6Источники