RU

Naxçıvanda 2025 2026 cı tədris ilində ümumi təhsil müəssisələrində 50 min 500 şagird təhsil alacaq

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Naxçıvan, 15 sentyabr, AZƏRTAC

2025–2026-cı tədris ilində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 50 min 500 şagird təhsil alacaq. Onlardan 24 345-i qız, 26 155-i oğlandır.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yeni tədris ilində məktəbəhazırlıq qruplarında 3 007 uşaq iştirak edəcək. Bu qruplarda 1 418 qız, 1 589 oğlan yer alıb. Eyni zamanda, birinci sinfə 3 822 şagird qəbul olunub ki, onların 1 833-ü qız, 1 989-u oğlandır.

Qeyd edək ki, bu tədris ilinin ilk dərsi “Konstitusiya və Suverenlik İli” mövzusuna həsr olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
56
14
azertag.az

10Источники