AZ

Naxçıvanda 50 mindən çox şagird yeni tədris ilinə başlayır

2025–2026-cı tədris ilində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 50 500 şagird təhsil alacaq. Onlardan 24 345-i qız, 26 155-i isə oğlandır.

“Xalq” qəzeti məlumat verir ki, yeni dərs ilində məktəbəhazırlıq qruplarında 3 007 uşaq iştirak edəcək. Bu qruplarda 1 418 qız və 1 589 oğlan yer alıb. Eyni zamanda birinci sinfə 3 822 şagird qəbul olunub ki, onların 1 833-ü qız, 1 989-u isə oğlandır.

Qeyd edək ki, bu tədris ilinin ilk dərsi Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə elan olunmuş “Konstitusiya və Suverenlik İli” mövzusuna həsr olunub.

XQ

 

Seçilən
9
14
xalqqazeti.az

10Mənbələr