NATO-nun alyansın şərq cinahında həyata keçirdiyi "Şərq Keşikçiləri" hava hücumundan müdafiə əməliyyatı ilə əlaqədar Polşada olan xarici hərbçilər ölkədə qalacaq.
"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə Polşa prezidenti Karol Navroçki müvafiq qərar qəb edib.
Sentyabrın 12-də NATO-nun baş katibi Mark Rütte alyansın şərq cinahının müdafiəsinin gücləndirilməsinə yönəlmiş "Eastern Sentry" ("Şərq keşikçisi") əməliyyatının başlandığını elan edib. Əməliyyat PUA insidentilə bağlı Varşavanın tələbi ilə sentyabrın 10-da başlayan NATO müqaviləsinin 4-cü maddəsinə əsasən keçirilən məsləhətləşmələrin nəticəsi olub.
ABŞ Prezidenti Donald Trampın hadisəni "mümkün səhv" adlandırdığı vaxt, Varşava, Berlin, Brüssel və Kiyevdə bu hərəkətlər qəsdən atılmış addımlar kimi qiymətləndirilir.
"Cebheinfo.az"