EN

Polşa xarici hərbçilərin ölkədə qalmasına icazə verib

NATO-nun alyansın şərq cinahında həyata keçirdiyi "Şərq Keşikçiləri" hava hücumundan müdafiə əməliyyatı ilə əlaqədar Polşada olan xarici hərbçilər ölkədə qalacaq.

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə Polşa prezidenti Karol Navroçki müvafiq qərar qəb edib.

Sentyabrın 12-də NATO-nun baş katibi Mark Rütte alyansın şərq cinahının müdafiəsinin gücləndirilməsinə yönəlmiş "Eastern Sentry" ("Şərq keşikçisi") əməliyyatının başlandığını elan edib. Əməliyyat PUA insidentilə bağlı Varşavanın tələbi ilə sentyabrın 10-da başlayan NATO müqaviləsinin 4-cü maddəsinə əsasən keçirilən məsləhətləşmələrin nəticəsi olub.

ABŞ Prezidenti Donald Trampın hadisəni "mümkün səhv" adlandırdığı vaxt, Varşava, Berlin, Brüssel və Kiyevdə bu hərəkətlər qəsdən atılmış addımlar kimi qiymətləndirilir.

"Cebheinfo.az" 

Chosen
15
2
cebheinfo.az

3Sources