RU

Neftçi Sabah la bərabərə qaldı, Şamaxı Karvan a qalib gəldi

Qol.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bu gün Misli Premyer Liqasında dördüncü tura yekun vurulub. 

QOL.az xəbər verir ki, sonuncu oyun günündə iki matç keçirilib. 

Əvvəlcə “Şamaxı” öz meydanında “Karvan"ı qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə bitib.

Bununla da “Şamaxı” 4 turdan sonra 5 xalla 6-cı, Yevlax klubu isə 4 xalla 8-ci pillədə qərarlaşıb.

Turun son matçında isə “Neftçi” doğma divarlar arasında “Sabah”ı sınağa çəkib. Bu görüş 0:0 hesablı bərabərliklə başa çatıb.

İlk 4 turda qələbə qazana bilməyən “Neftçi” hazırda 3 xalla turnir cədvəlində 10-cudur. “Sabah” isə 3 oyundan 4 xal toplayıb və 8-cidir. 

14 sentyabr (bazar)

19:00. “Neftçi” - “Sabah” - 0:0 

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Elşad Abdullayev, Vüqar Həsənli

VAR: Kamal Umudlu

AVAR: Vüsal Məmmədov

“Neftçi Arena”

16:30. “Şamaxı” - “Karvan” - 3:0 

Qollar: Alfonso Msanqa, 38; Andrey Tirkoveanu, 45; Sezar Enrike, 71

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Akif Əmirəli, Əkbər Əhmədov

VAR: Nicat İsmayıllı

AVAR: Kamran Əliyev

Şamaxı şəhər stadionu

12 sentyabr (cümə)

“Qarabağ” - “Zirə” - 1:1

"Kəpəz” - “Araz-Naxçıvan” - 0:2  

13 sentyabr (şənbə)

“Turan Tovuz” - “Qəbələ” - 1:0 

“İmişli” - “Sumqayıt” - 1:0 

Bombardirlər: 

Olabe Roberto ("Turan Tovuz") - 2 qol

Coy-Lens Mikels ("Sabah") - 2 qol

Ceyhun Nuriyev ("Zirə") - 2 qol

İssa Cibrila ("Zirə") - 2 qol

Ba-Muaka Simakala ("Araz-Naxıvan) - 2 qol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
26
12
qol.az

10Источники