RU

Həşimov: “Hesab oyuna görə olmadı”

futbolpress-az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycan Premyer Liqasının IV turunun “Şamaxı” – “Karvan-Yevlax” oyunundan (3:0) sonra qonaq komandanın baş məşqçisi Azər Həşimov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Əzmkar oynadıq. Hesab oyuna görə olmadı. Fərdi səhvlərdən qollar buraxdıq. İkinci qoldan sonra eniş oldu. Geridönüş etməyə çalışsaq da, alınmadı. Futbolçularıma əzmkarlıqlarına görə təşəkkür edirəm. Futboldur, hər şey ola bilər. Milyonluq futbolçular da səhv edir. Futbol səhvlər oyunudur. Təhlillər aparıb, daha yaxşı hazırlaşacağıq. Zədəlilərimiz var idi və bu da nəticəyə təsir etdi.

– Künc zərbəsindən vurulan qolda qapıçının nə qədər səhvi var?

– Hamı səhv edə bilər. Birbaşa qol olursa, deməli, qapıçının səhvi var. Amma futbolda hər şey var. Məğlub olmuşuqsa, hamı səhv edib.

– Zədəlilər nə vaxt sıraya qayıdacaq?

– Müalicələri davam edir. Gələn həftədən məşqlərə qoşulacaqlar.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
34
1
futbolpress.az

2Источники