RU

TƏBİB-dən xəstəxananın həyətində aşkarlanan döl barədə AÇIQLAMA

Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasının ərazisindəki ağaclıq sahədə 14.09.2025-ci il tarixində saat 14:20 radələrində mühafizə polisi tərəfindən ölü döl aşkar edilib.

Bu barədə Bizim.Media-ya TƏBİB-dən bildirilib.

Hüquq-mühafizə orqanları tərəfindən əraziyə baxış keçirilib.

Qeyd edək ki, Uşaq Xəstəxanasında hamiləliyin sonlandırılması icra olunmur.

Xatırladaq ki, Sumqayıt Şəhər Uşaq Xəstəxanasının həyətində 8 aylıq qız dölü aşkarlanıb. Dölün kimə aid olduğu və kim tərəfindən əraziyə atıldığı hələlik müəyyən edilməyib.

Bizim.Media

Избранный
22
5
bizim.media

6Источники