Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasının ərazisindəki ağaclıq sahədə 14.09.2025-ci il tarixində saat 14:20 radələrində mühafizə polisi tərəfindən ölü döl aşkar edilib...
Bu barədə "Report"un yerli bürosuna TƏBİB-dən bildirilib.
Hüquq-mühafizə orqanları tərəfindən əraziyə baxış keçirilib.
Qeyd edək ki, Uşaq Xəstəxanasında hamiləliyin sonlandırılması icra olunmur.
***
Sumqayıt Şəhər Uşaq Xəstəxanasının həyətində 8 aylıq qız dölü aşkarlanıb.
"Report"un yerli bürosu məlumat verir ki, dölün kimə aid olduğu və kim tərəfindən əraziyə atıldığı hələlik müəyyən edilməyib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmaya başlayıb. Döl aidiyyəti qurumlara təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Poliqon.info