RU

Şamaxı dan 3 cü qol Yenilənir

Qol.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bu gün Misli Premyer Liqasında dördüncü tura yekun vurulacaq. 

QOL.az xəbər verir ki, sonuncu oyun günündə iki matç keçiriləcək. 

Əvvəlcə “Şamaxı” öz meydanında “Karvan"ı qəbul edir. Qarşılaşmaya 16:30-da start verilib. Hazırda “Şamaxı” 3 turdan sonra 2 xalla 9-cu, Yevlax klubu isə 4 xalla 7-ci pillədə qərarlaşıb.

Turun son matçında isə “Neftçi” doğma divarlar arasında “Sabah”ı sınağa çəkəcək. Bu görüşün start fiti 19:00-da səslənəcək. İlk 3 turda qələbə qazana bilməyən “Neftçi” hazırda 2 xalla turnir cədvəlində 10-cudur. “Sabah” isə 2 oyundan 3 xal toplayıb və 8-cidir. 

14 sentyabr (bazar)

16:30. “Şamaxı” - “Karvan” - 3:0 (İkinci hissə)

Qollar: Alfonso Msanqa, 38; Andrey Tirkoveanu, 45; Sezar Enrike, 71

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Akif Əmirəli, Əkbər Əhmədov

VAR: Nicat İsmayıllı

AVAR: Kamran Əliyev

Şamaxı şəhər stadionu

19:00. “Neftçi” - “Sabah”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Elşad Abdullayev, Vüqar Həsənli

VAR: Kamal Umudlu

AVAR: Vüsal Məmmədov

“Neftçi Arena”

12 sentyabr (cümə)

“Qarabağ” - “Zirə” - 1:1

"Kəpəz” - “Araz-Naxçıvan” - 0:2  

13 sentyabr (şənbə)

“Turan Tovuz” - “Qəbələ” - 1:0 

“İmişli” - “Sumqayıt” - 1:0 

Bombardirlər: 

Olabe Roberto ("Turan Tovuz") - 2 qol

Coy-Lens Mikels ("Sabah") - 2 qol

Ceyhun Nuriyev ("Zirə") - 2 qol

İssa Cibrila ("Zirə") - 2 qol

Ba-Muaka Simakala ("Araz-Naxıvan) - 2 qol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
11
12
qol.az

10Источники