RU

Prezident İlham Əliyev Xocavənd rayonunun Sos kəndində olub – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Xocavənd rayonunun Sos kəndində olub.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına kənddə görülmüş işlər barədə məlumat verildi.

Qeyd edək ki, Sos kəndi 2023-cü ildə Silahlı Qüvvələrimizin həyata keçirdiyi antiterror əməliyyatı zamanı Azərbaycanın nəzarətinə keçib.

İndiyədək kənddə mövcud elektrik və qaz xətləri, subartezian quyuları bərpa olunub, 2 transformator quraşdırılıb, sayğaclaşdırma prosesinə başlanılıb, 3 su anbarı təmir edilib, təqribən 5 kilometr uzunluğunda təbii qaz xətti çəkilib.

Sos kəndində 259 mövcud fərdi evin 70-i yararsız, 189-u isə qismən yararlıdır. Hazırda 10 ev istismara hazırdır. İlin sonunadək daha 75 ev istismara hazır olacaq. 2026-cı ildə isə 104 evin bərpası nəzərdə tutulur.

İndiyədək 10 ailə (46 nəfər) kəndə qayıdıb.

Prezident İlham Əliyev kəndə köçmüş Hamlet Gülməmmədovun evində yaradılan şəraitlə tanış olub, ailə üzvləri ilə söhbət edib.

DOĞRU.AZ

image-1757846727298248924_1200x630 image-17578467274087056957_1200x630 image-17578467271961428656_1200x630 image-1757846727991735699_1200x630 image-17578467271235327495_1200x630 image-1757846727161172597_1200x630 image-17578467274968850490_1200x630 image-17578467274091452461_1200x630

Избранный
46
49
dogru.az

10Источники