RU

Sel suları Balakəndə körpünü dağıtdı - Fotolar

Şimal-qərb bölgəsində qeyri-sabit hava şəraitinin hökm sürməsi bir sıra fəsadlar yaradıb.

Balakən rayonunun Gərəkli kəndi ərazisindən keçən Hunbul çayından səhər saatlarında sel keçib.

Sel çayın üzərində olan körpünün bir hissəsini dağıdaraq yararsız vəziyyətə salıb.

Nəticədə avtomobil və piyadaların gediş-gəlişi müvəqqəti olaraq dayanıb.

Hazırda aidiyyəti qurumlar ərazidə işlər aparır.\\“Qafqazinfo”


Избранный
25
10
musavat.com

10Источники